
404 page not found xətası
404 page not found xətası, internetdə axtarış edən hər bir istifadəçinin qarşılaşacağı səhv növüdür. Bu xəta, tələb olunan faylın veb serverlərdə tapılmadığı deməkdir. Əslində istifadəçi serverə qoşulur, lakin istədiyiniz nəticəyə çata bilmir.
Bir səhifə açmaq istədikdə ekranda 404 – File or directory not found, ya da ən çox yayılmış, böyük və qalın şriftlə yazılmış, Not Found yazısı ilə qarşılaşarsınızsa 404 page not found xətası almısınız deməkdir.
Bu tip not found xətası səhifəsi tərtib edilməyib və istifadəçi üçün ən yararsızdır. Çünki istifadəçi bu səhifədə axtardığını tapa bilməyəndə səhifəni dərhal tərk edəcək. Bu səbəbdən veb sayt sahiblərinin istifadəçilərini itirməmələri və onları ən yaxın axtarılan mövzuya və ya ana səhifəyə yönləndirmələri üçün bir keçid qoymalıdırlar.
“404 page not found” ilə eyni funksiyanı daşıyan xəbərdaqlıqlar
- HTTP 404-Internal Server Error
- Temporary Error (404)
- Səhifə tapılmır 404
- Internal Server Error
- HTTP 404 Internal Error
- 404 not found error
- 404 Error
- HTTP Error 404
- 404 That’s an error
- 404 not found axtardığınız səhifə tapılmadı
404 page not found xətasının mənfi cəhətləri
“Axtardığınız səhifə tapılmadı” xətası əsasən şüurlu internet istifadəçilərinə və internet mediasından uzaq olan auditoriyaya təsir göstərir. Proses cari və potensial ziyarətçilər üçün fərqli ola bilər; Səhv xəbərdarlığı bir əlaqədən qaynaqlanırsa və birdən çox nişanı əhatə edərsə fərqli nəticələr verə bilər. Bundan əlavə, səhvlərin müddəti və tezliyi də prosesə təsir göstərə bilər.
Xəta xəbərdarlıqlarını bir keçid yönləndirməsində qəbul etmək, birdən çox bağlantıdan daha asan kompensasiya edilə bilər. Burada əsas amil zamandır. Problem ondadır ki, keçidin bir neçə gün, həftə və ya ay ərzində girişi olmur. Mövcud istifadəçi sadiq qalmağa meylli olduğundan, onun düzəldilməsini gözləyə bilər, amma təəssüf ki, potensial istifadəçilər üçün eyni demək mümkün deyil.
Göstərilən hallar etibarlılığın pozulmasına səbəb olur. İstifadəçi saytı etibarsız və ya zərərli kimi qiymətləndirdikdə, bu qavrayışı pozmaq və inam yaratmaq çətinləşir. Saytın kompüterə zərər verə biləcəyindən narahat olanlar, təhlükəsizlik zəifliyi riskini ehtiva etdiyini düşünənlər də markadan imtina edə bilərlər. Brend imicinə xələl gətirmək həm qısa, həm də uzun müddətdə maddi və mənəvi problemlərə səbəb ola bilər.
404 page not found xətasının səbəbləri
404 page not found xətasının bir neçə səbəbi ola bilər. Lakin təəssüf hissi ilə qeyd edirik ki, siz veb sayt izləyiciləri bunu həll etməkdə acizsiniz. Bu xətanı sadəcə sayt sahibi aradan qaldıra bilər. Siz burada sadəcə sayt sahibinə qarşılaşdığınız durum ilə bağlı xəbərdarlıq edə bilərsiniz. İndi keçək xətanın səbəblərinə.
Qeyd etdiyimiz kiminot found xətasının çoxlu səbəbləri ola bilər. Burada sizlərə onlardan bir neçəsini təqdim edirik.
Pluginlərin əvəz edilməsi
Saytınızda SEO pluginləri var və digər pluginləri sınamaq üçün pluginləri dəyişdirirsiniz. Ən yaxşısını tapmaq üçün dəyişikliklər bəzən yaxşı olsa da, bəzən zərərli nəticələrə səbəb ola bilər. Buna görə, pluginlərdə dəyişiklik edərkən diqqətli olmalısınız. Sitemap və URL-ə edilən köklü dəyişikliklər saytınıza böyük zərər verə bilər. Xüsusilə səhifə URL-lərində edilən köklü dəyişikliklər, səhifənin axtarış motorları sıralamasında alt-üst səbəb ola bilər. Buna görə çox diqqətli olmalısınız. Edəcəyiniz dəyişiklikləri, əlavə etməyi planlaşdırdığınız SEO pluginlərini və dəyişiklik etməzdən əvvəl saytınızın quruluşunu araşdırdığınızdan əmin olun.
Etiket və kateqoriya dəyişikliyi
Bəzi vəziyyətlərə görə etiketləri və kateqoriyalarını dəyişə bilərsiniz. Ancaq bundan sonra mütləq yönləndirmə etməlisiniz. Məsələn, etiket hissəsini etiket formatından çıxarmaq istəyə bilərsiniz. Ancaq qeyd etdiyimiz kimi mütləq yönəldirin.
Bundan əlavə, server sənədlərinin çatışmazlığı və səhv ötürülməsi, səhifənin silinməsi, təmir prosesi və ya səhifənin bağlanması və faylların fərqli adlandırılması kimi müxtəlif səbəblərə görə 404 page not found xətası baş verə bilər.
404 page not found xətasını necə aşkar etmək olar?
Google Search Console
Sadə bir sayt dizaynında yüzlərlə səhifə və ya bağlantı xətası tapmaq olar. Bu zaman veb ölçmə vasitələri işə düşür. 404 səhv kodunu aşkar etməyin ən sürətli və asan yolu Google-dur. 404 page not found xətasının aşkarlanması üçün Google Analytics, Google Search Console, Google Webmaster Tools kimi vasitələrdən istifadə edə bilərsiniz.
Webmaster Tools-a veb saytınızı əlavə edib, təsdiq edərək 404 xətası xaricindəki başqa digər xətaları da görə bilərsiniz. Məşhur Google Search Console alətindəki URL xətaları, veb saytınızda 404 page not found xətası kodu tapılır və göstərilir. Saytı mütəmadi olaraq yoxlamaq və mövcud səhvlərin siyahısını optimallaşdırmaq da sizin ixtiyarınızdadır.
404 error monitor adlı plugini yükləyirik və quraşdırırıq. Soldakı menyunun alt hissəsində avtomatik 404 Error Monitor adlı bir menyu var. Bura daxil oluruq və düzəltməli olduğumuz səhvlərə rast gəlirik. Səhifəni, etiketi və ya kateqoriya səhvlərini düzəltdiyinizə əmin olun, amma başa düşmədiyiniz bir şey ilə qarşılaşarsınızsa, dəyişiklik etməzdən əvvəl internetdə ətraflı araşdırma edin.
Redirection
404 not found aşkar edildikdən sonra indi lazımlı müraciətləri edə bilərsiniz. Əvvəlcə Redirection pluginini yükləyirik.
Plugin quraşdırıldıqdan sonra, sol menyunuzdakı alətlər və ya alətlər başlığı altında yönləndirmə deyilən bir nişan əlavə ediləcəkdir. Girişdən sonra köhnə urlinizi source URL bölməsində və Target url bölməsində yeni urlinizi yazırsınız.