SEO xidmətləri ilə bağlı həyata keçirdiyimiz layihə, yerli bazarda mövcudluğunu artırmaq və axtarış nəticələrində daha yüksək mövqelərə çatmaq məqsədini daşıyırdı. Bu məqsədlə geniş bir SEO strategiyası tətbiq edərək, həm texniki SEO, həm də məzmun optimizasiyası üzərində çalışdıq.
İş: SEO xidməti
Tarix: 15.01.2023 – 30.11.2023
Müştəri: xalca.com
Brif:
Müştəri SEO strategiyası və optimizasiyası xidmətləri tələb edir. Layihənin məqsədi axtarış motorlarında mövqelərin yaxşılaşdırılması, orqanik trafikin artırılması, hədəf auditoriyaya çatmaq və yeni müştərilərin cəlb edilməsidir.
Hazırkı vəziyyətə görə, veb-saytda texniki problemlər, məzmun boşluqları və açar söz optimallaşdırmasının zəifliyi müşahidə olunur. Müştəri bu problemlərin həlli və rəqiblərə görə üstün mövqelərin əldə edilməsini istəyir.
Layihə çərçivəsində geniş açar söz tədqiqi, texniki audit və təkmilləşdirmə, SEO-ya uyğun məzmun yaradılması və sayt daxili, eləcə də sayt xarici link quruluşunun optimallaşdırılması nəzərdə tutulur.
Hədəf auditoriyanı anlamaq
Açar sözlərin araşdırılması
Rəqiblərin təhlili
Texniki SEO optimizasiyası
Saytın strukturlaşdırılması
Məzmun yaradılması və optimizasiya
Sayt daxili link quruluşu
Sayt xarici link quruluşu
Analitika və izləmə
Davamlı təkmilləşdirmə
Addım 1
Açar sözlərin araşdırılması və strategiya
İlk olaraq, hədəf auditoriyanın axtarış davranışını analiz edərək, onların axtardığı açar sözləri müəyyən etdik. Google Keyword Planner və digər SEO alətləri ilə yüksək axtarış həcmli və aşağı rəqabətli açar sözlər tapdıq.
Müəyyən edilən əsas açar sözlər: “xalça yuma xidməti”, “keyfiyyətli xalça təmizləmə”, “xalça təmizləmə Azərbaycanda”.
Açar sözlərin istifadəçi niyyəti əsasında qruplaşdırılması ilə müvafiq məzmun yaradılması təmin edilib.
Açar sözlərə uyğun şəkildə xidmət səhifələri və blog yazıları yaratdıq.
Bloq məqalələri: “Xalçaların təmizlənməsi üçün ən yaxşı metodlar” və “Xalça təmizləmə xidmətinin üstünlükləri” kimi mövzularda bloq yazıları hazırladıq.
Məzmun boşluqlarını müəyyən edərək, əlavə səhifələr və məlumatları daxil etdik.