
SEO-da kontent yazılışı
SEO (Search Engine Optimization – Axtarış motorunun optimallaşdırılması); internet istifadəçilərinin axtarış motorlarında etdikləri axtarış nəticələrinin ilk sıralarda çıxmasını qarşına məqsəd qoyan çalışmaların adıdır. SEO-nun məqsədi veb sayt məzmunlarının Googleda ilk sıralarda çıxmasını təmin etməkdir.
SEO-ya uyğunlaşdırılmış məzmunun nə olduğuna keçmədən öncə SEO-dan qısa da olsa bəhs etməyimiz lazımdır deyə düşünürəm. SEO (Search Engine Optimization – Axtarış motorunun optimallaşdırılması); internet istifadəçilərinin axtarış motorlarında etdikləri axtarış nəticələrinin ilk sıralarda çıxmasını qarşına məqsəd qoyan çalışmaların adıdır. SEO-nun məqsədi veb sayt məzmunlarının Googleda ilk sıralarda çıxmasını təmin etməkdir.
SEO-ya uyğunlaşdırılmış məzmun; bəlli açar sözlərin istifadə edildiyi, informasiya xarakterli, fayda verən və kreativ veb sayt məzmunlarıdır. SEO-ya uyğunlaşdırılmış məzmunun məqsədi veb saytdan olan bir yazının axtarış nəticələrində ən üst sırada yer almasıdır.
SEO-ya uyğun məqalə necə yazılır?
Məzmunu SEO-ya uyğunlaşdırmaq üçün Google tərəfindən təsdiq edilmiş bəzi qaydalara əməl etmək lazımdır. Gəlin o qaydalarla tanış olaq:
1. Orfoqrafiya qaydaları
İstər SEO-ya uyğunlaşdırılmış yazı olsun ya olmasın, yazdığınız bütün məzmunlarda qrammatik və orfoqrafik qaydalara diqqət etməlisiniz. Əmin olmadığınız və ya bilmədiyiniz qaydaları qrammatika və orfoqrafiya lüğətlərindən dəqiqləşdirə bilərsiniz. Azərbaycan dilində orfoqrafiya lüğəti üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:
https://azerdict.com/az/orfoqrafiya/
2. Məna bütovlüyü
Məzmunlarınızın diqqət çəkici bir girişlə başlayaraq, məlumatlı bir inkişaf bölməsi ilə davam etdiyinə əmin olun. Nəticə bölməsində, CTA (call-to-action) mətnlərindən istifadə etməklə, veb saytınızın məzmununa və ya əlavə məlumatlara çatmağı hədəfləyin.
3. Niş məzmun
Məzmun yazarkən, kopyalama və yapışdırmaqdan çəkinərək öz ifadələrinizdən istifadə edin. Hansısa saytdan sitat gətirəndə bunu yazınızda mütləq qeyd edin. (Sitatınızı götürdüyünüz sayta öz yazınızdan backlink verməyiniz tövsiyə edilir.) Məzmunun orijinal və keyfiyyətli olduğundan əmin olun. Yazacağınız mövzunu araşdıraraq, digər saytlardakı məqalələrdə tapılmayan məlumatları daxil etməyə çalışın.
4. Açar sözlər analizi
İstifadəçilərin hansı sözlərlə məzmununuza çatmasını istəyirsiniz? Açar sözlər strategiyasını hazırlayarkən Google keyword planner, Wordtracker, MOZ və Keywordtool.io və s. kimi alternativ vasitələrdən istifadə edərək hədəfləmənizi ən doğru şəkildə edə bilərsiniz.
5. Açar söz sıxlığı
SEO-ya uyğunlaşdırılmış olsun deyə, davamlı olaraq eyni açar sözləri təkrarlamaqdan çəkinin. Açar sözlərinizin alternativlərindən istifadə edərək, istifadəçilərin bənzər axtarışlarda müvafiq və ya sinonim açar sözlərdən istifadə edərək məzmununuzu əldə etmələrini təmin edin. Məzmununuzda açar söz faizi 0,5% ilə 2,5% arasında olmalıdır. Bu mövzuda fərqli fikirlər mövcuddur. Yoast SEO kimi tətbiqlər lazımi həddən artıq açar söz istifadə etdiyinizdə sizə xəbərdarlıq edəcəkdir. Unutmayın ki, məzmununuz mümkün qədər orqanik olmalıdır.
6. Məzmun başlığı
Başlıq mümkün olduqda açar sözlə başlamalıdır və boşluqlar daxil olmaqla, ortalama 50-70 simvol və minimum 3, maksimum 6 söz olmalıdır. Eyni zamanda başlıqlar oxuyucunun diqqətini çəkən keyfiyyətdə olmalıdır.
7. Məzmun uzunluğu
Məzmunlarınız minimum 300-500 söz arasında olmalıdır. Bu arada unutmayın ki, Google uzun yazıları sevir. Elə buna görə 1000-2000 söz arasında da yaza bilərsiniz.
8. Paraqraf uzunluğu
Həm oxucuların diqqətini çəkmək üçün, həm də SEO baxımından ideal paraqraf uzunluğu ortalama 40-50 söz arasında olmalıdır. Tövsiyə edilən maksimum uzunluq isə 150 sözdür. Bəzi mütəxəssislərin nəzərinə görə maksimum uzunluq 250-ə qədər yüksələ bilər. Eyni zamanda sətir uzunluğu da ortalama 12 söz olmalıdır.
9. Zəngin media aktivləri
Paraqraf arası məlumatlandırıcı və ya əyləncəli vizuallar (video, slayt, gif, sinemaqraf, infoqrafik və s.) yerləşdirərək məzmununuzu zənginləşdirin. Vizualların yüksək keyfiyyətli, qeyri-adi olmasına da diqqət edin. Bunun üçün Pixabay, Pexels, Littlevisuals, Thestocks, Gratisography, Pinterest, Unsplash, 500px, Freepik, Picjumbo və s. kimi saytlardan istifadə edə bilərsiniz.
10. F tipli oxuyucu
Vebsayt ziyarətçilərinin çoxu məzmunları axtarış edərək oxuyurlar. F tipli oxuyucular üçün məzmununuzda önəmli qisimləri Bold, italic və ya rəngli edərək diqqət çəkməyi unutmayın.
11. URL
Daimi bağlantılar mütləq bir şəkildə açar sözünüzü ehtiva etməlidir və maksimum 50-60 simvol arası olmalıdır. URL quruluşunun mümkün qədər qısa, aydın və yadda qalan olduğundan əmin olun.
12. SEO başlığı
Məzmun başlığınız və SEO başlığınız fərqli ola bilər. Google axtarışı nəticəsində təmiz bir görüntü yaratmaq üçün SEO başlığınızı qısa, aydın və cəlbedici edin. Oxucularınızın mövzunu hansı sözlərlə axtardığını düşünərək CTA mətni və ya sual ifadələrini istifadə edərək veb saytınıza trafik çəkməyə çalışın.
13. Meta açıqlama (meta description)
Axtarış nəticələrindəki məzmun haqqında məlumatı verəcək meta açıqlamasının 120 simvoldan və ya 156 simvoldan çox olmamasına əmin olun. HTML formatında olan meta açıqlama (meta description) axtarış sistemlərində əsasən veb saytınızın URL-nin alt hissəsində görünür.
Meta açıqlamanın HTML kodları içərisində görünüşü aşağıdakı şəkildə təsvir olunur:
<meta name=”description”content=”Səhifəniz haqqında qısa açıqlama”/>
Açar sözlər meta açıqlamada istifadə edilməlidir. Mümkünsə, hətta açıqlamanın başında yer almalıdır.
14. Heading taqs
Məzmunda H1, H2, H3, H4, H5 və H6 etiketlərinin başlıqlarının açar sözünüzü ehtiva etdiyini, düzgün qaydada istifadə etdiyini və hiyerarşik strukturda olduğundan əmin olun.
15. Vizual alt etiketləri
Vizualları əlavə etdikdən sonra alt etiketləri düzəldərək, onları mütləq bir şəkildə açar sözlərinizlə əlaqələndirin. (Bu mövzu barəsində yaxın günlərdə yeni yazımız paylaşılacaq)
16. Bağlantı (internal linking)
Oxuma nisbətini artıran daxili bağlantı (internal linking) etməyi unutmayın. Məzmununuzu xarici bağlantılardan (external links) istifadə edərək, ələ aldığınız mövzuya dair extra məlumatlarla zənginləşdirin.
Mümkün qədər ödənişlə backlink almaqdan çəkinin və təbii yollardan backlink almağa çalışın. Backlink barədə daha ətraflı https://markzone.az/backlink-baglantisi-almaq/ adlı yazımızdan məlumat əldə edə bilərsiniz.