
Veb saytınız üçün SEO – 1
SEO veb saytlar üçün atılması vacib olan addımlardan biridir. Buna görə də sizlər üçün mövcud və ya yeni veb saytınız üçün atılması vacib olan “Veb saytınız üçün SEO tövsiyəsi” başlıqlı bir yazı hazırladıq. Daha öncəki yazılarımızda SEO barəsində ətraflı məlumat vermişdik. Əgər həmin yazımızı oxumamısınızsa bura daxil olub, oxuya bilərsiniz. Qısa olaraq desək, SEO, axtarış motorlarında istifadəçilərin axtardığı məzmuna uyğun yazılarınızın və ya saytınızın orqanik olaraq ilk səhifənin başlarında çıxmasıdır.
Veb saytların əslində bir vizitkart olduğunu bilməyən yoxdur məncə. Veb saytlar portfolun, verdiyiniz xidmətin, məhsulun və ya şirkətin onlayn vizitkartıdır. Hətta daha çoxudur deyə də bilərik. Xidmətləriniz haqqında daha ətraflı məlumatı, öz veb saytınızda hədəf kütlənizə çatdıra bilərsiniz. Öz reklamınızı veb saytınızda pulsuz bir şəkildə edə bilərsiniz. Telefon nömrənizi, şirkət adresinizi tapa bilməyənlər və ya sizinlə əlaqə yarada bilməyənlər rahatlıqla saytına müraciət etməklə, 7/24 saat ərzində sizinlə rahat bir şəkildə əlaqə saxlaya bilərlər. (Təbii ki, saytınızda əlaqə bölməsini doldurmusunuzsa…)
Elə buna görə hədəf kütlənizin sizinlə rahat bir şəkildə əlaqə yarada bilməsi üçün, veb saytınızı yaxşı bir şəkildə dizayn etməlisiniz. SEO da, bu dizayn işinin vacib bir parçasıdır.
Yeni veb saytları üçün vacib olan bir neçə SEO tövsiyəsi etdiyim bu yazıda, Google axtarış nəticələrində görünürlüyü artıracaq və veb saytınızı, əlaqəli (potensial) istifadəçilərin qabağına çıxaracaq önəmli addımlardan bəhs edəcəm.
Bu yazıda və gələcək bölümlərdə bir neçə qaydalardan danışacağıq. Məsələn, az sonra oxuyacağınız “domen adı” başlığı, bu qaydalardan biridir. Sadəcə domen adını doğru bir şəkildə seçərək, Google orqanik axtarış nəticələrində əlaqəli kütlə qarşısına çıxmağı gözləməməlisiniz. Buna görə də vurğulayacağım qaydaları, müəyyən bir müddət ərzində tətbiq etməyinizi tövsiyə edirəm. Hamısını 1 ay ərzində edə bilməyəcəyinizi xatırlatmaq istəyirəm. Üstəlik, backlink çalışmaları kimi mövzular… BUnu da unutmayın ki, məzmunlar tam hazır olmadan, bu qaydalar heç bir anlam ifadə etməyəcək.
Qısa başlıq
SEO tövsiyəsi olaraq qeyd edilən aşağıdakı bütün qaydaları tətbiq edib, tamamlamaq üçün özünüzə ortalama olaraq 6 aylıq bir müddət seçə biləriniz. Bu sayta görə dəyişə də bilər. Niyə dəyişdiyini, gələcək bölümlərdə daha aydın bir şəkildə öyrənəcəksiniz. İndi isə keçək qaydalara:
- Domen adı
- SSl sertifikatı
- Hostinq seçimi
- CMS (Content Managment System) seçimi
- Mobil
- Veb sayt sürəti
- Google Analytics və Google Console
- Axtarış, indeksləmə, sıralama
- Veb saytın istifadəyə yararlığı
- Əlçatanlılıq
- Veb sayt konfiqurasiyası
- Marka strategiyası
- Kütlə və rəqib araşdırması
- Açar söz araşdırması
- Metadata
- Məzmun marketinq strategiyası ilə dövri / inkişaf axtarışları
- Şəkilli məzmunlar
- Sayt daxili (internal) link yerləşdirmə
- Backlink, İnfluencer və sosial media çalışması
- Axtarış motoru optimizasiyasına davam
- Veb saytın təqdimatdan öncə kontrol edilməsi
Domen adı
Domen adını seçərkən markanı ya da məhsullarınızı önə çıxaracaq ən doğru bir isim olduğundan əmin olun.
İlk SEO tövsiyəsi təbii ki, domendir. Necə bir xidmət göstərirsən və bu xidməti hədəf kütlən Googleda axtarakən hansı axtarışları edir? Bunları araşdıra bilərsən. Məsələn, təmizlik məhsulu satacaqsınızsa, domen adını “təmizlik” axtarış versiyaları ilə seçə bilərsiniz. Sadəcə avtomobil təmizliyi üçün məhsullar satacaqsınızsa, domen adını da spesifikləşdirərək “avtomobil təmizliyi” axtarış versiyalarına uyğun seçə bilərsiniz.
Bu axtarışları bir kənara qoyub, əlaqəsiz bir marka adı ilə yola davam etmək də bir tərcihdir. Yenə də, avtomobil təmizlik məhsullarının satışı ilə məşğul olacağınız veb saytın domen adı məsələn, “mandalena” kimi mövzudan kənar bir ad da ola bilər.
Qısa əlavə
Yuxarıda tövsiyə etdiyim iki fərqli tövsiyə tamamilə sizin marketinq strategiyanıza qalmış bir məsələdir. Ancaq sizin yerinizdə olsaydım, yeni veb saytımı əvvəldən SEO-ya uyğunlaşdırmaq adına, aşağıdakı mövzulara mütləq diqqət edərdim:
- Qısa və tələffüzü rahat bir ad seçərdim. Çünki xatırlanması və yazılması daha rahatdır.
- Markam ilə yaxından əlaqəli bir ad seçərdim. Məsələn, “avtomobil təmizliyi” sözünü (ya da bənzər bir sözləri) qətiyyətlə istifadə edərdim.
- Çox uzun olmaması üçün söz sayını maksimum 2 edərdim. Və unutmayın ki, bunun brendləşmə ehtimalı da yüksəkdir. Ağılda qalacaq bir ikiləmə hazırlayardım. Məsələn: Nike, Apple, Coca-Cola nümunələri…

- Əgər ticarət məqsədi ilə bir veb saytı açacaq olsam, .com (commercial) domeni; texnologi ya da tətbiqlərə özəl bir veb sayt açacaq olsam, .net (network, networking technologies) domenindən istifadə etməyi tərcih edərdim.
Domenlərin nə mənaya gəldiyini bilmək və istifadə sahələrini incələmək üçün bu siyahıya göz ata bilərsiniz.
SSL sertifikatı
Təhlükəsizlik, Googlenun diqqət yetirdiyi ən vacib məsələlərdən biridir. Google, 2019-cu ilin oktyabr ayından etibarən istifadəçilərin məxfiliyini və təhlükəsizliyini yaxşılaşdırmağa diqqət edəcəklərini və SSL sertifikatına (HTTP) sahib olmayan veb saytların, axtarış nəticələrində görüntülənməsini əngəlləməyə başlayacaqlarını açıqladı.
SSL sertifikatı almaq niyə vacibdir?
- 2014-cü ildən etibarən HTTPS-in istifadəsi Google üçün sıralanma amilidir.
- Demək olar ki, hər gün hər kəsin istifadə etdiyi əsas brauzerlər, SSL (Təhlükəsiz Socket Layer) sertifikatı olmayan veb saytları “təhlükəli” olaraq təyin edir və bunu istifadəçiyə göstərir. Yaxşı bəs bu nə deməkdir? – SSL, istifadəçi (müştəri kompüteri, istifadəçi) və server arasındakı əlaqəni şifrələyir. SSL sertifikatının olmaması; istifadəçilərlə etdiyi söhbətlərin şifrələnə bilmədiyini, başqasının bu söhbətə qulaq asıb, müdaxilə edə biləcəyini bildirir. Buna görə veb saytınız “təhlükəsiz deyil” xəbərdarlığı edərsə, istifadəçi veb-saytda hansısa əməliyyat həyata keçirməyə meyl etməyə bilər.
Bir SSL sertifikatı alarkən nəzərdən keçirəcəyiniz iki seçim var:
1. Pulsuz SSL
Sertifikatın hər 90 gündə bir yenilənməsi lazımdır.
Yeniləmə prosesini etmədiyiniz və ya gec etdiyiniz halda HTTP versiyasına keçirsiniz və bununla da “etibarlı deyil” kateqoriyasına daxil olursunuz.
Pulsuz SSL sertifikatını manuel yeniləməyiniz üçün Letsencrypt-də bir cron job yaza bilərsiniz. Bu şəkildə avtomatik olaraq yenilənir.
2. Pullu SSL
Sertifikat avtomatik olaraq yenilənir. Təqviminizdə 90 gün müddət saxlamağınıza ehtiyac yoxdur. 1 illik kimi ödəniş üsulları var.
Ödəniş metodundan başqa vacib məsələlərə baxsaq:
- Pulsuz SSL-də yalnız domenin etibarlılığı haqqında məlumat verilirkən, domenin arxasında olan şirkət və ya təşkilat adı haqqında daha ətraflı məlumat, pullu SSL sertifikatları (extended validation SSL) ilə təmin olunur.
- Veb saytdakı bütün məlumatların qorunmasına zəmanət verilir.
- Saytda ödəniş və ya üzvlüyün yaradılması zamanı istifadə olunan bütün şəxsi məlumatların şifrələnməsini təmin edir, fırıldaqçılar tərəfindən ələ keçirilməsinin qarşısını alır.
Hostinq seçimi
Domendən sonrakı vacib SEO tövsiyəsi olan hostinq seçimi, veb saytın SEO sağlamlığına ilk gündən son günə qədər təsir edə biləcək bir məsələdir. Niyəsini soruşursunuzsa…
Uptime / Downtime:
Sadə dildə desək; uptime, işləyən serverin faizi, downtime isə bunun əksinədir. Bu məlumatlar sizin üçün çox vacibdir, xüsusən də bir elektron ticarət saytınız varsa. Təəssüf ki, serverdə iş vaxtı olmaması kimi mütləq bir vəziyyət yoxdur. Ancaq bəzi hostinq xidmətləri fərqli olaraq birdən çox serverə daxil ola bilər. Buna görə veb sayt üçün 100% ehtimalla – oflayn olacağı vəziyyətlər üçün ən yaxşı tədbir görəcək bir hostinq seçimi etməlisiniz.
Yükləmə sürəti:
Sürət həmişə SEO üçün vacib olub. (Son günlərdə bununla bağlı marqqlı müzakirələq və analiz nəticələri ortaya çıxıb. Yaxın günlərdə bununla bağlı yazı paylaşmağa çalışacağıq.) Yüklənmə sürəti zəif olan bir veb sayt düşünün. Nə qədər gözləyə bilərsiniz? – Think with Googlenun paylaşılan statistikasına görə, istifadəçilər ziyarət etmək istədikləri veb saytı yalnız 2 saniyə gözləyə bilər və 3-cü saniyədən etibarən saytı tərk etməyə meyllidirlər. 2020-ci ilin inkişaf etmiş texnologiyasında yüklənmə sürəti aşağı olan hostinqlər (yəni veb saytlar) əlverişsiz olacaqdır.
Məkan:
Sayt daxili və sayt xarici SEO çalışmaları birdən çox mövzunu müxtəlif yollarla əhatə edir. Ancaq bütün bu məsələlərin və proseslərin nəticəsinə baxanda hər zaman bir hədəfimiz var; potensial istifadəçilərə, əlaqəli veb səhifələri göstərə bilmək.
Google müvafiq nəticələrlə, əlaqəli axtarışları göstərsə də, IP ünvanının yerləşdiyi server məkanına baxır. Bununla birlikdə, bəzi veb ustalarının daha sürətli bir server sisteminə sahib olduqları üçün, fərqli məkanları tərcih etdikləri üçün və ya CDN-lərin server sistemlərinin müəyyən məkanlarda yerləşdikləri halda, Google sıralamaları düzəldərkən, yalnız məkana baxmadığını da söyləyir.
Paylaşılan mühit / IP-lər (Shared Environment)
Eyni serverdə birdən çox veb saytın host edilməsi kimi bilinən mühitlərə üstünlük, veb saytınızın sıralanmasına təsir göstərir. Əgər eyni hard disk boşluğunda və ya IP-də zəif performansa sahib veb saytlar varsa, bu veb saytınıza mənfi təsir göstərə bilər və aşağı qiymətə sahib olan hostların bir çoxu bu kimidir. Buna görə DigitalOcean kimi bu mövzuda fərqlənən server mühitlərini seçə bilərsiniz.
Paylaşılan media / IP ➔ Mənzil sistemi
Digər mənzillərdə yaşayanların necə biri olduğu, etdikləri səs-küy və s. sənin mənzilinə də təsir edir.
Keyfiyyətli server ➔ Şəxsi ev sistemi
Başqa bir mənzil yoxdur; buna görə mənzilinizə təsir edəcək heç bir mənfi amil yoxdur.
Ardını oxumaq üçün daxil olun: Veb saytınız üçün SEO tövsiyəsi (2-ci hissə)