Sürüşdür
Ocak 19, 2025

Veb saytınız üçün SEO – 2

Silsilə olaraq başladığımız “veb saytınız üçün SEO tövsiyəsi” adlı yazılarımıza davam edirik. Keçən yazımızda (Veb saytınız üçün SEO tövsiyəsi (1-ci hissə)domen və SSL sertifikatı barəsində danışdıq. Bu dəfəki yazımızda sizlər üçün 3 mövzu – “CSM”, “Mobil” və “Veb sayt sürəti” haqqında danışacağıq. Elə isə keçək mövzumuza:

CSM (Content Management System)

IT komandanız olsun ya olmasın, əgər dinamik məzmun yaradırsınızsa, həmişə CMS sisteminə ehtiyacınız var. (Məsələn, HTML-i, əl ilə (manual) redaktə etmirsinizsə, demək ki, hazır və ya xüsusi yazılı CMS sistemindən istifadə edirsiniz.)

WordPress, Shopify də daxil olmaqla, yüzlərlə CMS şirkəti var. Hər bir CMS, paket sistemi ilə addımlayır və çox vaxt əlavə uzantılar əlavə etmək lazım olur.

CMS seçərkən SEO çalışmalarına təsir edəcək mövzular:

Rəqiblər: Sistemə qərar vermədən əvvəl, bənzər saytların hansı CSM-i istifadə etdiyini yoxlayın. Bunun üçün Wappalyzer və ya Builtwith istifadə edə bilərsiniz (həmçinin, CMS xaricində istifadə olunan digər texnologiyaları da göstərir).

İstifadəçi təcrübəsi: Veb saytın məqsədi nədir? Bir bloq kimi istifadə etmək, sadəcə məzmun yazmaq və ya məhsul satmaq fikrindəsiniz? Veb saytın məqsədi, hədəf auditoriyanın vərdişlərinə uyğun olmalıdır. CMS-in mövzusu və plaginləri, istifadəçilərin veb sayt təcrübəsinə müsbət təsir göstərməlidir.

Texniki SEO: Bəzi CMSlər, əl ilə (manual) edəcəyiniz texniki SEO məsələlərinə icazə vermir. Bəziləri bunlardır:

  • URL-ləri avtomatik olaraq yaradır yoxsa sizin apardığınız analiz nəticəsində, istifadə etmək istədiyiniz sözləri bu URL-lərdə istifadə edə biləcəksinizmi?
  • Canonical etiketi əlavə edə bilirsinizmi?
  • Meta etiketləri əlavə etmək üçün bir sahə varmı?
  • Robot.txt faylını yoxlaya bilirsinizmi?
  • Sitemap XML faylı yarada bilirsinizmi?
  • Veb sürəti necədir? Sürəti optimallaşdıra biləcəyiniz bir plagin varmı?
  • Mövzular (temalar) mobil sayt standartlarına cavab verirmi?

QEYD: Headless CMS back-end məzmun idarəetmə sistemidir. Yuxarıda qeyd etdiyim CMS-lər veb idarəetmə, eləcə də məzmun idarəetmə kimi funksionallıq təklif etsə də, headless CMS yalnız onun tərkibini idarə etməyə imkan verir; İdarəetmə paneli, istifadəçi hesabının idarə edilməsi, məzmun əlavə / silmək kimi interfeyslər təklif edir.

Mobil

SEO tövsiyəsi olaraq qeyd edim ki, bu məsələ günü gündən aktuallaşan bir məsələdir. We Are Socialın hesabatına görə, keçən il 5,11 milyard olan qlobal mobil istifadəçilərin sayı, 2020-ci ildə artıq 5,19 milyarda çatdı.

Sadəcə bu rəqəmin özü belə, mobil cihazlardan istifadə vərdişinin artmasına və mobil istifadəçi davranışının araşdırılması vacibliyini ortaya qoyur. Artıq bunu bilin ki, veb saytınızı açmısınızsa, mobil versiya da onun qədər önəmlidir.

Hansı addımları atarsınızsa, SEO işinə zərər verə bilərsiniz?

Mobil sayt üçün ayrı bir subdomain (alt domen) yaratmaq. Daha əvvəl, iki URL (mobil və masa üstü) arasındakı əlaqə <link> etiketində rel = “canonical” və rel = “alternate” ilə Google-a bildirilirdi. Ancaq Google artıq bunu tövsiyə etmir. Bunun əvəzinə, mobil standartlara cavab verən veb dizaynların bir domen altında edilməsi lazım olduğunu söyləyir.

Mobil sayt dizaynını nəzərə almadan veb sayt hazırlamaq. Geri dönüş gətirməsini planladığınız məhsul / form səhifələrini, əsas menyuda və ya ana səhifədə istifadəçiyə göstərin. Veb səhifənin şrift və ölçüsü mobil istifadəçilərin görə biləcəyi formada olsun.

Title tag (başlıq etiketi) və meta descriptionu (meta təsvirini) çox uzun saxlamaq. Mobil axtarış nəticələrində səhifənin başlığını və təsvirini qısa, lakin açıq bir şəkildə yazmağa çalışın. Cümlənin əvvəlində vacib məqamları da qeyd edə bilərsiniz.

Pop-upların davamlı istifadəsi.

CSS, Javascript elementləri və şəkilləri bloklamaq. Çünki bu məsələlər artıq tarixə qovuşub. Əvvəllər bəzi mobil qurğular bu üç məsələni dəstəkləmədiyi üçün, veb-developerlər, CSS, Javascript elementlərini və şəkillərini blok edə bilirdilər. Ancaq, standartlara cavab verən veb sayt dizaynları ilə artıq bu mövzu aktuallığını itirib.

Masaüstü və mobil olaraq uyğunsuz olmaq. Google, masaüstündə istifadəçiyə görünən, ancaq mobil telefonda gizli olan məzmuna, qəti olaraq açıq şəkildə qarşı çıxır.

Veb sayt sürəti

İstifadəçilərin yavaş fəaliyyət göstərən veb saytı, tərk etmək vərdişi yüksəkdir. Buna görə də, işin başında ikən, masaüstü və mobil sayt sürətini göz ardı etməyin!

Veb saytınızı aktiv edən kimi, bütün vacib səhifələrinizi PageSpeed ​​Insights-da sınayın. Səhvləri düzəldərək, təklifləri tətbiq edin. Texniki məlumatınız yoxdursa, IT komandanızla əlaqə saxlayın. Tətbiqlərdən sonra sürət performansını yenidən yoxlayın.

Leave a Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir